Lukaşenkodan ilginc açıqlama: “Mənə prezidentlərin səsini yazmağı təklif etdilər”

Lukaşenkodan ilginc açıqlama: “Mənə prezidentlərin səsini yazmağı təklif etdilər”
Belarus Prezidenti Aleksandr Lukaşenko bildirib ki, xarici ölkələrin liderləri ilə telefon danışığının qeydə alınmasına ehtiyac görmür.

"BelTA" xəbər verir ki, Lukaşenko bu barədə ABŞ və Ukrayna prezidentlərinin telefon danışığının mətninin yayımlasına münasibət bildirərkən deyib.
"Sizi təəccübləndirə bilərəm. Mən Putin və ya Zelenski ilə telefon danışıqlarımı qeyd etdirmirəm. Bizdə belə bir təcrübə yoxdur. Mənə iki dəfə səs yazılmasını təklif ediblər. Mən isə demişəm, yox, bu bizim danışığımızdır, onun haradasa qeyd olunmasına ehtiyac yoxdur",-deyə Belarus Prezidenti vurğulayıb.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az