Masallı sakini 6 ildir evindən 35 min manatlıq qızıllarını oğurlayan şəxsləri həbs etdirə bilmir-FOTO+VİDEO

Masallı sakini 6 ildir evindən 35 min manatlıq qızıllarını oğurlayan şəxsləri həbs etdirə bilmir-FOTO+VİDEO

Masallı sakini 6 il öncə evindən 35 min manatlıq qızıl-zinət əşyalarını oğurlayan şəxslərin hələ də həbs edilməməsindən şikayətçidir.

 Məcra TV-yə  müraciət edən Masallı rayon Yeyənkənd kənd sakini Müslüm Məmmədov və həyat yoldaşı Mənsumə Məmmədova 2017-ci il iyulun 10-da  evlərindən 35 min manat dəyərində qızıl-zinət əşyalarının oğurlandığını bildiriblər. Mənsumə Məmmədova deyib ki, onlar toya gedərkən soyuducuda saxladığı qızılları ordan çıxarıb və özünə lazım olanını götürərək taxıb. Qalan qızılları isə mətbəxdəki şkafa qoyub. Toydan qayıtdıqdan sonra isə qızılların oğurlandığı məlum olub. Onlar dərhal hadisəylə bağlı Masallı Polis Şöbəsinə müraciət ediblər.

Lakin həmin vaxtdan indiyə kimi Masallı rayon Polis şöbəsinə gedib-gələn zərərçəkmişlər hələ də oğruların azadlıqda gəzdiyini deyib.

 Müslüm Məmmədov məsələylə bağlı indiyə kimi dövlət qurumlarına 650 dəfə məktub göndərdiyini bildirib. Zərərçəkmişlər deyib ki, qızılları evlərindən elə öz qohumları oğurlayıb. Onlar həmin şəxslərin adlarını da polisə təqdim ediblər.

 Biz adları hallanan şəxslərin də mövqeyini işıqlandırmağa hazırıq. Daha ətraflı Məcra tv-nin təqdim etdiyi süjetdə şikayətçilərin öz dilindən eşidin:
 [video=http:// ]



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az