Masallıda şəhid qardaşı ilə şəhid bacısının toyu olub

Masallıda şəhid qardaşı ilə şəhid bacısının toyu olub

Masallı rayonunda Vətən müharibəsi şəhidləri Elmir Akifzadənin bacısı Nigar xanımla Əlimərdan Quluzadənin qardaşı Həmid bəyin toy mərasimi olub.

Toy mərasimində rayon icra hakimiyyəti başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Aybəniz Qafarova, rayonun idarə, müəssisə, təşkilat rəhbərləri, şəhid ailələri, iş adamları, ictimaiyyət nümayəndələri iştirak ediblər.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, toya dəvət edilən qonaqlar yeni ailə quran gənclərə ən xoş arzularını çatdırıblar.

Toy mərasiminə gələn rayon rəsmiləri, iş adamları, sahibkarlar və xeyriyyəçilər yeni ailə həyatı quran cütlüyə mebel dəstləri, məişət avadanlıqları və müxtəlif hədiyyələr təqdim ediblər.

Çıxışlarda qeyd olunub ki, şəhid ailələri, qazilər və Vətən müharibəsi iştirakçıları Müzəffər Ali Baş Komandan İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın diqqət və qayğısı ilə əhatə olunublar.

Toy şənliyinə rayonun tanınan sənətçiləri, "Halay” folklor qrupu və paytaxtdan təşrif buyuran sevilən ifaçılar xüsusi rəng qatıblar.

Qeyd edək ki, toy şənliyi "Biz birlikdə güclüyük” İctimai Birliyinin təşkilatçılığı ilə təşkil olunub.





İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az