"Mən Qarabağı döyüşə hazır "ordu" ilə miras qoymuşdum, onlar təhvil verdilər" - Babayan


"Qarabağı Azərbaycana onlar təslim edir”.

KONKRET.az xəbər verir ki, bunu Qarabağdakı qondarma qurumun "təhlükəsizlik şurasının keçmiş katibi”, "silahlı qüvvələrin keçmiş komandanı”, "Arsax qəhrəmanı”, general-leytenant Samvel Babayan yazıb.

"Qarabağ xalqı öz azad və müstəqil yaşamaq iradəsini 1991-ci ildə təsdiqləyib.

2020-ci il 9 noyabr tarixli üçtərəfli bəyannamə ilə təkcə keçmiş Dağlıq Qarabağa bitişik yeddi rayon deyil, həm də Qarabağ ərazisinin əhəmiyyətli hissəsi Azərbaycanın nəzarətinə qaytarılıb.

Tam məsuliyyətlə bildirirəm ki, Qarabağ "rəhbərliyi” və Ermənistan hakimiyyəti hərbi-siyasi cinayətkardır. Və onlar layiqli cəzalarını almamaq üçün Qarabağı təhvil verməyə hazırdırlar.

O adamlar bilsəydilər ki, vəzifə və iqtidar talan yeri deyil, məsuliyyət və yükdür, yaxın da gəlməzdilər. Amma məlum olur ki, bunun əksi baş verir.

Bütün bunlardan sonra mənim hansısa bir şəxsi, dairəni, qüvvəni təmsil etdiyimi, Qarabağı təslim etmək və ya inteqrasiya niyyətim olduğunu iddia etməyə davam edənlər var. O zaman birbaşa soruşmaqdan başqa bir şey qalmır: Qarabağı kim təhvil verir?

12700 kvadratmetrdən 2600 kvadratmetrə qədər qalıb, bu qədər torpağı kim təhvil verib? Tanıdığınız şəxsləır. Mən sizə Qarabağı nizami və döyüşə hazır "ordu” ilə miras qoymuşdum”, – deyə Babayan bildirib.


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az