"MƏNİM HƏBSİMİ İSTƏYƏNLƏR..." - Hacıbala Abutalıbov hələ də danışır


Uzun müddət Bakı Şəhər İcra Hakimiyyətinin başçısı və 2018-2019-cu illərdə Baş nazirin müavini vəzifələrində çalışmış Hacıbala Abutalıbov həbs olunması ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

Demokrat.az bildirir ki, Hacıbala Abutalıbovun sözlərinə görə, onun saxlanması ilə əlaqədar yayılan xəbərlər yalandır: "Bəzi jurnalistlər özündən uydurur bunu. Gördüyünüz kimi, indi sizinlə danışıramsa, deməli, həbs olunmamışam. Mənim həbs olunmağını istəyənlər ürəyi bəd olan insanlardır".

Qeyd edək ki, Qənimət Zahid "Azərbaycan saatı" verilişində Hacıbala Abutalıbovun həbs edilməsi ilə bağlı məlumat yayıb.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az