Azərbaycan Mərkəzi Bankı Türkiyə və Rusiyanın milli valyutalarının dəyərdən düşməsi, bəzi yerli bankların ABŞ dollarının satış məzənnəsini artırması fonunda manatın məzənnəsinin gələcək perspektivi ilə bağlı "Report”a açıqlama verib.
Qurumun sözçüsü Namiq Əliyev sorğuya cavab olaraq bildirib ki, Azərbaycanın valyuta bazarındakı vəziyyətə - manatın məzənnəsinə təsir edən başlıca fundamental amil tədiyyə balansının durumudur.
"Faiz dəhlizinin parametrlərinə dair avqustun 1-də açıqladığımız məlumatda da qeyd olunub ki, ölkənin tədiyyə balansının göstəricilərinin yaxşılaşması cari ildə də davam etməkdədir. Ticarət balansındakı irihəcmli müsbət saldo hesabına cari əməliyyatlar balansı profisitlidir. Ölkənin qeyri-neft sektoru üzrə ixrac potensialının artması və dünya bazarında neftin bahalaşması cari ildə ixracın sürətlə genişlənməsinə şərait yaradıb. Ticarət balansından əlavə xidmətlər balansında da müsbət proseslər davam edir. Turizm xidmətləri üzrə müsbət saldo qorunur. Bundan başqa, ölkəyə daxil olan pul baratlarının həcmində artım müşahidə edilir. Xarici valyuta daxilolmalarının artması şəraitində ölkənin həm nağd, həm də qeyri-nağd valyuta bazarında vəziyyət tarazlıdır. Bazarda aparılmış müşahidələrə görə, banklar xarici valyutanın alış-satış məzənnələrini rəsmi məzənnəyə yaxın səviyyədə müəyyən edirlər. Azərbaycan manatının ABŞ dollarına qarşı məzənnəsi mövcud əlverişli makro-iqtisadi mühitdə sabit vəziyyətdədir”, - deyə o qeyd edib.
"Rusiya və Türkiyənin milli valyutalarının ucuzlaşmasına gəldikdə isə, qeyd etmək istəyirəm ki, AMB tərəfdaş ölkələrin valyuta bazarlarındakı vəziyyəti daima izləyir. Ümumilikdə, tərəfdaş ölkələr üzrə manatın çoxtərəfli məzənnəsinin dinamikası da göstərir ki, ilin ötən dövründə Azərbaycanın milli valyutasının qeyri-neft sektoru üzrə ümumi ticarət çəkili real effektiv məzənnəsi və nominal effektiv məzənnəsi möhkəmlənib. Bütün bunlar göstərir ki, bəzi banklar dolların satış məzənnəsini cüzi artırıbsa, bu, yalnız psixoloji amillə izah oluna bilər”, - deyə AMB rəsmisi fikrini tamamlayıb.
Sahil Babayev rəqəmləri açıqladı: Azərbaycan büdcəsi neftdən asılılıqdan xilas olur
Razi Nurullayev: “Cərimələrin əsas məqsədi büdcəyə vəsait toplamaq deyil”
Vətəndaşın adına qanunsuz şirkət açanlara qarşı tədbirlər sərtləşdirilməlidir
Vətəndaşın adına qanunsuz şirkət açanlara qarşı tədbirlər sərtləşdirilməlidir
Azərbaycanda həmin gün evlənənlərin sayı rekord vurdu - AÇIQLAMA
Natiq Cəfərli: ““Parlamentdə müxalifətin adı var, özü yoxdur” fikrini bütün partiyalara şamil etmək doğru deyil”
“Hazırda məktəblərdə “TikTok”a çıxış bloklanıb” - Nazir müavini
Uşaqların 42 faizi gecə saat 2-yə qədər telefondadır - Komitə sədri
Deputat: “Radikallar Azərbaycandakı demokratiyaya irad bildirə bilirlərsə, deməli, Azərbaycanda demokratiya var”
Rəsmi Bakı CNN-in yaydığı məlumatları rədd etdi – Bəyanat
Namiq Hacıheydərlisiz təqvim...
Nazim Hikmətin salamını almayan Leventə cavabı
Emil Rasimoğlu: "Xammal olan istənilən mövzu isə cəmiyyətdir, kütlədir"
SU KİMİ ŞƏFFAF ÖMÜRLÜ İNSAN..
Cavid Fərzəli: "Xoşbəxtlik ağ gününə qar olmaqdır..."
Dustaqlara nə deyərdim?
Fəlakətin Əsiri
Ədəbiyyatımızda "GÜLLƏLƏNMİŞ" BAŞ redaktorlar
Yalnız Qürbətdə Vətənin əclaflığını və soydaşların əclafını da sevmək olur!
Utanan həbsxana və ya Aydın Canıyevin yandırılmış fotosu...
Çox qəmə binəsən, gözüm...”– Paşa Talıblı
Paşa Talıblıdan yeni şeirlər: "Cəllad can seyrinə çıxır..."
"Allahın altından yer istəmirəm..."— Paşa Talıblıdan yeni şeirlər
"Şükür, yenə bu nəfəsdə yoruldum..."- Paşa Talıblıdan YENİ ŞEİRLƏR
İlham Əliyev Monqolustan səfirini qəbul etdi
Ramiz Rövşən: SON GÖRÜŞ