Meyiti tapılan azərbaycanlı tələbə ilə bağlı ŞOK FAKTLAR - "ONU ÖLDÜRÜBLƏR"

Meyiti tapılan azərbaycanlı tələbə ilə bağlı ŞOK FAKTLAR -

Gürcüstanda azərbaycanlı tələbənin ölümü ilə bağlı dəhşətli faktlar üzə çıxıb.

Publika.az xəbər verir ki, Tbilisi şəhərində kirayə yaşadığı mənzildə meyiti tapılan Balakən rayon İtitala kənd sakini, 1998-ci il təvəllüdlü Qurqunayev İmeda Şamil oğlunun yaxınları bildiriblər ki, o intihar etməyib: "İmedanının intihar etməsi düzgün məlumat deyil, onu öldürüblər. İmedanın başında xəsarətlər və sınıq var idi. Özü də oxuyan, həm də təhsil ala-ala işləyib pul qazanan oğlan idi. Niyə intihar etsin ki, böyük ehtimalla İmedanı qətlə yetirəndən sonra asıblar, meyiti 1 gün ərzində binanın 3-cü mərtəbəsində kirayə tutduğu evdə qalıb”.

Bildirilir ki, Tbilisidə ali məktəbin 4-cü kursunda oxuyan İmeda Qurqunayev restoranlardan birində ofisiant kimi çalışırmış. E.Qarqunayevin cənazəsi doğulduğu kəndə gətirilib və dünən dəfn edilib.

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az