“Bir sıra ölkələr avrodan imtina edir”.
Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı ekspert Vüqar Bayramov deyib.
Onun sözlərinə görə avronun dəyər itirməsi bir çox ölkələrdə ondan imtinaya gətirib çıxarsa da, Azərbaycanda fərqli olaraq, dollar rezervləri daha çoxdur. Bu o deməkdir ki, Mərkəzi Bank öz rezervlərini dollarla saxlamaqla məzənnənin aşağı düşməsi ilə dəyəcək ziyannan sığortalayıb: “Məzənnənin düşməsi öncədən praqnozlaşdırılırdı. Son dövrlər avronun dollara nisbətən məzənnəsində kəskin azalmalar müşahidə edilir və son bir ildə yalnız 30% -dən çox dəyər itirməsi bir sıra ölkələrin, məhz avrodan imtinasına gətirib çıxarır. Azərbaycanda bir sıra digər ölkələrdən fərqli olaraq, dollar rezervləri daha çoxdur. Ümumiyyətlə Mərkəzi Bankın valyuta rezervlərinin 90%-i ABŞ dolları ilə saxlanılır. Yalnız 10% digər valyutalardan ibarətdir. Əslində, Mərkəzi Bank hələ avronun məzənnəsi aşağı düşmədən öz rezervlərini dollarla saxlamaqla, avronun məzənnəsinin aşağı düşməsindən dəyəcək ziyanları sığortalayırdı. Dövlət Neft Fondunun rezervləri təxminən 30%-ə yaxındır. Praktik olaraq rezervlərdə avronun təxminən 30 % payı var. Avropa Mərkəzi Bankının emissiyasını nəzərə alaraq, Dövlət Neft Fondunun gələcək dövrdə avro ilə saxlanılan səhmlərin və istiqrazların bir qismini artıq digər valyutalara keçirməsi məqsədə uyğun olardı”.
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR