Gültəkin Əsgərova 20 noyabr 1960-ci ildə Bakı şəhərində dünyaya göz açıb. 1985-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutunu bitirib. Əmək fəaliyyətinə 8 saylı təcili yardım stansiyasında başlayıb, 1991-ci ildən Uroloji kliniki xəstəxanada işləyib.
Vtəninfo.az-ın anspress-ə istinadən məlumatına görə, Gültəkin Əsgərova 1992-ci ilin aprelindən konüllü cəbhəyə yollanıb, Turşsu, Şuşa xəstəxanalarında, Ağdamın Mahrızlı kəndindəki hospitalda hərbi həkim kimi fəaliyyət göstərib. Aranzəmin yüksəkliyi uğrunda gedən döyüşlərdə 19 iyun 1992-ci ildə qəhrəmancasına şəhid olub və iyunun 20-də dəfn olunub.
Gültəkin Əsgərova ailəli idi və bir qız övladı qalıb.
Azərbaycan Respublikası prezidentinin 20 noyabr 1993-cü il tarixli 31 saylı fərmanı ilə Əsgərova Gültəkin Məlik qızı ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülüb. Bakı şəhərinin Şəhidlər xiyabanında dəfn edilib.
Oxuduğu 200 saylı orta məktəbə onun adı verilib və büstü qoyulub, Xəzərdə üzən gəmilərdən biri qəhrəmanın adını daşıyır və gəmidə onun muzeyi yaradılıb, Bakının Nərimanov rayonundakı xəstəxananın önündə büstü qoyulub, bundan başqa Elm və Təhsil Mərkəzi Təfəkkür Universitetinin Tibbi biologiya kafedrası adını daşıyır və kafedrada xatirə lövhəsi vurulub.
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL