“Müharibəyə hazırıq” – Rusiyadan qorxunc mesaj

“Müharibəyə hazırıq” – Rusiyadan qorxunc mesaj

Rusiya və Ukrayna arasındakı gərginlik artmaqda davam edir.

Miq.Az xəbər verir ki, ABŞ Prezidenti Co Baydenin "bölkədəki qüvvələrini azalt” çağırışından sonra Rusiyada müzakirə yaradan addım atılıb.

Rusiyanın Ukrayna ilə sərhədlərindəki tanklarına ağ xətlər çəkilib.

"Daily Mail”in xəbərinə görə, Rusiya rəhbərliyi "döyüş boyası” adlanan bu üsulla dost və düşmən qoşunlarını daha asan fərqləndirməyi hədəfləyir. Rusiyanın sərhədlərdəki tankları boyaması ABŞ və Ukraynaya "müharibəyə hazırıq” mesajını verməsi kimi şərh edilir.

Sovet Rusiyası "soyuq müharibə” dövründə Çexoslovakiyada Kommunist Partiyasına qarşı başlayan etiraz dalğasına müdaxilə etmişdi. 1968-ci ildə Çexoslovakiyanın işğalında iştirak edən Sovet tankları ağ rəngə boyadılmışdı.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az