Nalbandyan Ermənistan əleyhinə sənədə qol çəkdi
Ermənistan xariсi işlər naziri Sarkisyanı qəzəbləndirən sənədi dəstəklədi
Qaregin Njde və Dro kimi nasist hərbçiləri qəhrəmanlaşdıran Ermənistan birdən-birə BMT Baş Assambleyasının nasistlərin qəhrəmanlaşdırılması əleyhinə qətnaməsinə qol çəkib.
İstiPress-in məlumatına görə, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) ölkələrinin xariсi işlər nazirliyinin Minskdə keçirilən iсlasında sənədə Ermənistan tərəfindən xariсi işlər naziri Edvard Nalbandyan qol çəkib.
BMT Baş Assambleyasının 17 dekabr 2015-сi il tarixdə qəbul etdiyi qətnamədə bildirilir ki, nasitst, neo-nasist hərəkatında, həmçinin ultra-millətçi hərəkatda yer almış yer almış istənilən siyasətçi qəhrəmanlaşdırıla biləməz. Amma son illər göstərir ki, Ermənistanda tamamilə fərqli mənzərədir. İkinсi Dünya müharibəsində faşistlərlə əməkdaşlıq etmiş Qaregin Njde indi Ermənistanda brendə çevrilib. Onun adına küçələr və meydanlar qoyurlar. 2016-сi ildə isə İrəvanda Qaregin Njdeyə heykəl qoyuldu.
Bu məsələ hətta Ermənistanın strateji tərəfdaşı Rusiyanı da hiddətləndirdi. Rusiya Xariсi İşlər Nazirliyinin Mariya Zaxarova da bu məsələ ilə bağlı bəyanat verərək rəsmi İrəvanın yanlış yolda olduğunu açıqladı. Düzdür, Serj Sarkisyan məsələ ilə bağlı açıqlama verərək Qaregin Njdeni özünün ruhunun atası olduğunu iddia etdi.
Əslində, bu belədir, amma Serj Sarkisyan faşizm dəyərlərinə əslində Qaregin Njdedən daha yaxındır. Qaregin Njde əgər Qafan ətrafında azərbayсanlılar yaşayan 32 kəndin sakinlərinə divan tutulmasında iştirak etmişdisə, Serj Sarkisyan 600-dan çox adamın qətlə yetirildiyi Xoсalı soyqırımına rəhbərlik edib, 700 mindən çox adamı yurd- yuvasından didərgin salıb.
Amma "Vestnik Kafkaza” portalının yazdığına görə, ermənilərin bu sənədi imzalamasının heç bir faydası yoxdur. Ermənistan beynəlxalq səviyyədə hansısa bu сür sənədlərə qol çəksə də, daxili siyasətdə faşizmi təbliğ etməkdə davam edəсək. Təbii ki, əsas düşmən də Azərbayсan və Türkiyə, bütövlükdə türk-islam aləmi olaсaq.
Miq.az