NATO Rusiya sərhədinə doğru: Qoşunlar pik həddə

NATO Rusiya sərhədinə doğru: Qoşunlar pik həddə
NATO Şərqi Avropada qüvvələrinin sayını artırmağı planlaşdırır.
 
 Bu barədə ABŞ-ın "Val Strit Jurnal” qəzeti alyans və ABŞ-dakı mənbələrinə istinadən məlumat yayıb. (Axar.az) 
 
Məlumata görə, belə bir qərar NATO-nun müdafiə nazirlərinin növbəti həftə baş tutacaq görüşündə qəbul oluna bilər. Bu qərarın xüsusilə Latviya, Litva, Estoniya və Polşaya (hər biri Rusiya ilə sərhəddir – red.) görə verildiyi bildirilir.
 
"Röyter” agentliyi isə Polşanın bütün cəhdlərinə baxmayaraq, NATO-nun bu ölkədə daimi hərbi baza saxlamağı düşünmədiyini yazıb.
 
Məlumata görə,  NATO-nun Avropada qoşunlarının sayını artırması Soyuq müharibə illərindən bu yana ən yüksək səviyyədə ola bilər. Alyansın bu qərarı Rusiyanın hərəkətlərinə, xüsusilə Krımı birləşdirməsinə görə atdığı bildirilir.

Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az