“Nazir universitetdəki işindən çıxmayıb” - Səlim Müslümovla bağlı xəbər TƏKZİB OLUNDU

“Nazir universitetdəki işindən çıxmayıb” - Səlim Müslümovla bağlı xəbər TƏKZİB OLUNDU
Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun Bakı Biznes Universitetinin Maliyyə kafedrasının müdiri vəzifəsindən çıxdığı barədə xəbər yayılıb.
Xəbəri yayan AzVision.az saytı bildirir ki, nazir uzun müddətdir ki, dərslərə gəlmədiyi üçün kafedra müdiri vəzifəsindən kənarlaşıb.
Əmək və Əhalinin Sosial Nüdafiəsi Nazirliyinin ictimaiyyətlə əlaqə şöbəsinin rəhbəri Elman Babayev isə  bu məlumatın yanlış olduğunu bildirib.
"Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Bakı Biznes Universitetinin Maliyyə kafedrasının müdiri vəzifəsindən çıxmayıb. Cənab nazir dərslərdə ən aktiv iştirak edən kafedra müdiridir. Mətbuatda cənab nazirin həmin vəzifədən çıxması barədə məlumatlar doğru deyil”-deyə R.Babayev vurğulayıb.
Modern.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az