Nazirliyin rayon şöbəsinə silahlı basqın olub-Mingəçevirdə

Nazirliyin rayon şöbəsinə silahlı basqın olub-Mingəçevirdə
Mingəçevir şəhər Əhalinin Sosial Müdafiəsi Mərkəzinə silahlı basqın olub.

Mərkəzin aparıcı mütəxəssisi Ülviyyə Cəfərovanın xidməti otağına bir nəfər əlində bıçaqla daxil olaraq onu hədələyib və pul tələb edib.

Hadisə yerinə polis əməkdaşları gəlib və əlində bıçaq olan şəxs tutulub.

Qeyd edək ki, əlində bıçaqla şöbəyə gələn şəxs qadındır.

Faktla bağlı araşdırma aparılır.

Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az