Nəzir qutusundan 350 manat oğurlandı

Nəzir qutusundan 350 manat oğurlandı

Qubada iyun ayının 2-də vətəndaşlara məxsus mağazalardan müxtəlif məişət , ev əşyaları, ərazaq məhsulları oğurlayan 6 nəfərlik dəstənin kimliyi artıq məlum olub.

Miq.az DİN-ə istinadən xəbər verir ki, bunlar Quba şəhər sakinləri -  İlham Muradov, Nəsir Rzayev, Nicat Muradov,  Murad Əşrəfov, Abdulla Abdullayev və Sumqayıt şəhər sakini Murad Allahverdiyevdir.

Onlar həm də insanların inanc yeri olan Səkinə xanım məscidinin qarşısındakı nəzir qutusundan da 350 manat pul da oğurlayıblar.
Hazırda dəstə üzvləri  barədə polis şöbəsinin təhqiqat bölməsində araşdırma aparılır. Onların oğurladığı məişət əşyaları arasında qiymətli mis qab məmulatları, soyuducu, tikiş maşını və s də var. Araşdırmalar davam edir.

Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az