"Adam deyil, anomal varlıqdır, yeri dəlixanadır...”
Azərbaycan prezidentinin xarici siyasət məsələləri üzrə köməkçisi Novruz Məmmədov rusiyalı jurnalist və teleaparıcı Aleksandr Nevzorovun prezident İlham Əliyev barədə işlətdiyi təhqiramiz fikirlərə cavab verib.
Miq.az-ın məlumatına görə, Novruz Məmmədov özünün Tvitter-bloqunda yazıb: "Hesab edirəm ki, Nevzorov adam olmadığını heç vaxt dərk etməyəcək, o adam deyil, sadəcə anomal varlıqdır, feyk "human being”dir. O qədər anomaldır ki, yaratmağa çalışdığı hər şey cəmi 600 saniyədən sonra ölür. Yaxşı olardı ki, gedib "dəlixanada” yaradıcılıqla məşğul olsun. Orada onu başa düşəcəklər”.
Prezidentin köməkçisi qeyd edib ki, "həmin N e r v o z o v” hansı "xidmətlərin” əvəzində kimin qabağında quyruq bulamaq lazım olduğunu bilir.
Xatırladaq ki, "Exo Moskva” radiostansiyasının "Nevzorovskiye sredı” proqramında A.Nevzorov Azərbaycan prezidentinin ünvanına təhqiramiz fikirlər işlədib. Bu, Azərbaycan liderinin azərbaycanlıların öz tarixi torpaqlarına-İrəvana, Zəngəzura qayıdacaqları barədə çıxışının müzakirəsi zamanı baş verib.
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL
“Əgər bilsəydim ki, Ramiz Mehdiyev...”
Azərbaycan neftinin qiyməti 107 dolları ötdü
Aliment məbləği artırılır?