Ombudsman dilini kəsən məhbusun işini araşdırır

Ombudsman dilini kəsən məhbusun işini araşdırır
"13 saylı Cəzaçəkmə Müəssisəsində məhkum Natiq Vaqif oğlu Cabbarlı ilə bağlı mətbuatda dərc edilən xəbərlərlə, eləcə də Milli Preventiv Qrupun "Qaynar Xətti”nə daxil olan məlumatlarla bağlı iş bizdə nəzarətdədir”.

Bu haqda Gununsesi.info-ya Ombudsman Aparatının İşgəncələrin qarşısının alınması şöbəsinin müdiri, Milli Preventiv Qrupun (MQR) rəhbəri  Rəşid Rumzadə  13 saylı Cəzaçəkmə Müəssisəsində rəis müavini Eıçin Elcanovun ona qarşı göstərdiyi, fiziki və mənəvi təzyiqlərə etiraz olaraq özünü şişləyib, dilini kəsən Natiq Cabbarlı haqqında aparılan araşdırmalardan danışarkən belə deyib.Milli Preventiv Qrupun rəhbəri R.Rumzadə qeyd edib ki,  Natiq Cabbarlıyla bağlı dərc edilən bütün məlumatlar tərəfimizdən araşdırılır: "Həmin şəxsin əvvələr etdiyi digər müraciətlərlə də bağlı sorğular vermişik.  Eyni zamanda da aidiyyati məsələ üzrə Penitensiar xidmət və prokurorluq tərəfindən də  bu məsələ üzrə icraat da  var”-, deyə o bildirib.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az