Onlar əsir deyil, fəraridir – Simonyan əsgərlərini aşağıladı

Onlar əsir deyil, fəraridir – Simonyan əsgərlərini aşağıladı

Ermənistan parlamentinin spikeri Alen Simonyanın Azərbaycanda olan erməni əsirlər (16 Noyabr döyüşlərində əsir alınanlar – red.) haqda çıxışının görüntüləri ortaya çıxıb.

Miq.Az xəbər verir ki, kadrlarda söhbətin hansısa rəsmi qəbul zamanı aparıldığı görünür.

Simonyan digər iki nəfərlə erməni əsirləri müzakirə edir.

"Mənim üçün o əsirlər yoxdur. Bilirsiniz o əsirlər kimlərdir? Onlar silahlarını atıb qaçanlar və azanlardır. Mən bu haqda açıq danışa bilmərəm. Bəs, sizə maraqlı deyil ki, onların ailələri niyə fəallıq göstərmirlər? Çünki onlar da bilirlər ki, əsgərlər fərarilik edib. Silahlarını qoyub qaçdılar, əsir düşdülər”, - Simonyan bildirib.

Qeyd edək ki, Azərbaycan Ordusunun düşmən təxribatına cavab olaraq 16 noyabr 2021-ci ildə sərhəddə keçirdiyi əməliyyat zamanı bir neçə strateji yüksəklik və düşmənin iki postu nəzarətə alınmış, erməni ordusu 25 itki vermiş, eyni zamanda, erməni əsgərləri əsir götürülmüşdü.

Azərbaycan 16 noyabrda əsir götürülənləri (10 hərbçi) 4 dekabrda geri qaytarıb və mina xəritələrini alıb.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az