Oxşarı üzündən 17 il həbsdə yatdı (FOTO)

Oxşarı üzündən 17 il həbsdə yatdı (FOTO)
ABŞ-ın Kanzas ştatında tutulub 19 il müddətinə azadlıqdan məhkum edilən şəxsin səhvən həbs olunduğu məlum olub. 

"Qaynarinfo" xarici mediaya istinadən xəbər verir ki, cinayətkara çox oxşadığı üçün səhv salınaraq həbs edilən Riçard Antoni Cons 17 il sonra kifayət qədər sübut olmadığı üçün azad edilib.

Günahsız məhkumlara dəstək verən təşkilat Riçardın günahsız olduğunu, hadisə baş verən gün ailəsi və sevgilisi ilə birlikdə olduğunu sübut edə bilib. Görünüşcə ona çox oxşayan və eyni ada sahib digər şəxs isə günahı işləmədiyini iddia edib. 17 il sonra azadlığına qovuşan Riçard uşaqları və ailəsi ilə görüşüb
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az