Pakistanın qərargah rəisi Azərbaycana gəlir
Müdafiə Nazirliyindən rəsmi açıqlama
Pakistanın Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri Azərbaycana səfər edəcək. Müdafiə Nazirliyindən Miq.az-a verilən məlumata görə, sədr general Zübair Mahmud Hayatın rəhbərlik etdiyi nümayəndə heyətinin səfəri bu gün başlayacaq.
Səfər çərçivəsində Pakistan nümayəndə heyətinin Azərbaycanın Müdafiə Nazirliyi və digər dövlət strukturlarında görüşlərinin keçirilməsi nəzərdə tutulub.
Səfər noyabrın 24-dək davam edəcək.
Miq.az