Bu gün Türkiyə Böyük Millət Məclisində (TBMM) spiker seçimi ilə bağlı səsvermə keçiriləcək.
Vətəninfo.az ANS PRESS-ə istinadla məlumat verir ki, TBMM-in daxili nizamnaməsinə əsasən, sədr seçkisi 4 turda baş tutacaq. Ədalət və İnkişaf Partiyasından (AKP) İsmət Yılmaz, Cümhuriyyət Xalq Partiyasından (CHP) Dəniz Baykal, Milliyyətçi Hərəkat Partiyasından (MHP) Əkmələddin İhsanoğlu və Xalqın Demokrat Partiyasından (HDP) Dengir Mir Məhmət Fırat bu gün ilk iki turda, sabah isə üçüncü, lazım olarsa, 4-cü turda yarışacaqlar.
Seçkinin bu gün baş tutacaq ilk iki turunda partiya nümayəndələrinin öz namizədlərinə səs vemərləri gözlənilir. Birinci və ikinci turda bir namizədin seçilə bilməsi üçün 367 millət vəkilinin səsi lazımdır. İlk iki turda 367 səs verilməsə, sabah üçüncü tur baş tutacaq.
Üçüncü turda bir namizədin spiker olması üçün 550 millət vəkilinin yarıdan bir çoxunun (276) səsini toplaması lazımdır. Bu olmayacağı təqdirdə isə 4-cü turda ən çox səsi toplayan namizəd TBMM-nin spikeri olacaq.
Üçüncü mərhələdə ən yüksək səs əldə edən iki namizəd son mərhələyə keçəcək, ən çox səs toplayan isə TBMM sədri seçiləcək.
“Həcərin, Nigarın, Əslinin bu xalqa heç bir dəxli yoxdur, üçü də…” – Cəlaloğludan şok
Kəmalə Ağazadədən İqbal Ağazadəyə cavab
İranın AzTV qərarının görünməyən tərəfi – Ölkədə həbslər ola bilər
Deputat: “Xaricdə mühacirlərlə görüşməyimizdə hər hansı problem yoxdur, çünki deməyə sözümüz var”
İcra başçıcı Leyla Əliyevanın açılışını etdiyi parkı satıb? -GECƏLƏR AĞACLAR KƏSİLİR
Deputat: “İran tərəfi bilməlidir və bilir ki, Azərbaycan Televiziyası dövlət kanalıdır, dövlətimizi təmsil edir”
Məmməd Musayev əlbir olduğu sahibkarlarla birgə HƏBS EDİLDİ
Elman Nəsirov: "Dünyanın heç bir yerində xəyanətkar bağışlanmır"
“10 mini olanın atasına lənət...” - O mülklər Əhəd Abıyevindir?
Peskovdan Bakıdakı gizli görüşlə bağlı AÇIQLAMA