Paşinyan devrilir, 2020-ci ilə qayıdırıq: Ermənistan 2-3 ölkə ilə hərbi-siyasi əməkdaşlıq edib...
"Qan, zorakılıq, göz yaşı, barıt, krizlə qidalanan köhnə Ermənistan və hakimiyyəti yeni yollar axtarır”.
Publika.az xəbər verir ki, bu sözləri ehtiyatda olan türkiyəli general Yücel Karauz deyib.
O bildirib ki, Paşinyanın bütün səhvlərinə baxmayaraq, o, ölkəsində yeni Ermənistanı təmsil edir:
"Yeni Ermənistan Qərbə yönəlib. Mümkün olduğu qədər keçmişdən qurtulmağa çalışır. Bunula yanaşı mövcud vəziyyətdə öz çıxış yolunu axtarır. Bu gün Paşinyan imkanları daxilində dəyişən dünya düzənində yol axtaran və onu əldə etmək üçün çalışan Ermənistanı təmsil edir. Amma Ermənistan bununla kifayətlənmir. Digər tərəfdən isə əli qanlı qatilləri yetişdirir. Hakimiyyətin əlinin bu qədər qanlı olması bölgəyə hüzur və sülhün gəlməsini əngəlləyir. Daim bölgənin belə qarışıq olmasını istəyən qüvvələr var”.
Politoloq qeyd edib ki, Paşinyana qarşı çevriliş olarsa, sülh müqaviləsinin və bölgədə sülhün olma şansı azalır:
"Ermənistan başına vurulan dəmir yumruqla barışmaq niyyətində deyil. Hakimiyyət çevrilişi birbaşa bölgənin gərginləşməsinə şəriat yaradacaq. Bu da illərlə davam edən müharibəyə səbəb ola bilər.

Lakin bu çaxnaşma regionla yanaşı Ermənistanın öz içində də geniş vüsət alacaq. Orada çevriliş edənlər hakimiyyətdə qalsın deyə, bir çox yollara əl atacaqlar. Məsələn, Cənubi Qafqazda siyasi hədəflərə doğru növbəti addımlar atacaqlar”.
Y.Karauz vurğulayıb ki, belə davam edərsə, 2020-ci ilə qayıdacağıq:
"Bir çox oyunlar yenidən qurulacaq. O cümlədən, Qarabağdakı rus sülhməramlıların bölgəni tərk etməsi daxil olmaqla bir çox məsələlər yenidən gündəmə gələcək. Ermənistanda daxili çevrilişin olması Azərbaycan Ermənistan sərhəddini mübahisəli əraziyə çevirəcək.
Ermənistan öz ərazilərini qorumaq üçün imperialist qüvvələrin əsgərlərini sərhədə yerləşdirəcək. Dünyaya cavab olaraq deyəcək ki, öz ölkəmizin hüdudlarının və təhlükəsizliyini belə qoruya bilirik. Buna da qane olmayan Ermənistan 2-3 ölkə ilə hərbi-siyasi əməkdaşlıq edib, həmin ölkənin əsgərlərini Azərbaycan-Ermənistan sərhəd bölgəsinə gətirə bilər. Bu da uzun illər davam edəcək xaos, zorakılıq, terrorun göstəriciləridir”.