Paşinyan Mxitaryana zəng vurub

Paşinyan Mxitaryana zəng vurub
Ermənistanın baş naziri Nikol Paşinyan dünən Ermənistan yığmasının kapitanı və London "Arsenal”ının yarımmüdafiəçisi ilə telefonla danışıb.

Virtualaz.org bildirir ki, Ermənistan baş nazirinin futbolçu Henrix Mxitaryana bu təcili zəngi bir daha sübut edir ki, Avropa Liqasının finalı ətrafında ingilis mətbuatında Azərbaycan əleyhinə olan hücumların arxasında erməni diasporu və Ermənistan hökuməti durub.
Bundan əlavə, Mxitaryan ilə bağlı məsələdə Ermənistanın baş naziri Azərbaycana irqçi hücum edib.
"Nur-Sultandan döndükdən sonra Henrix Mxitaryan ilə telefonla danışdım və bu gün "Arsenal” və "Çelsi” komandaları arasında keçiriləcək oyundan əvvəl Bakının irqçi mövqeyinə görə həmin matçda iştirak edə bilməyəcəyi üçün ona dəstək verdim",-deyə N.Paşinyan dünən öz Facebook səhifəsində yazıb.
Ermənistanın baş naziri onu da əlavə edib ki, telefon söhbətində o, erməni futbolçuya "heyran olduğunu və onunla qürur duyduğunu" söyləyib.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az