Paşinyan: Qoşunları sərhəddən geri çəkməyə razıyam
Ermənistan AB-nin qoşunların Azərbaycanla sərhədin bütün perimetri boyu geri çəkilməsi ilə bağlı təklifi ilə razılaşır.
Bunu Baş nazir Nikol Paşinyan hökumətin iclasında deyib.
"Biz 2021-ci ildən qoşunları çıxarmağa hazır olduğumuzu bəyan edirik. Və bu cür hərəkətlər Praqa bəyanatı və Soçidəki üçtərəfli bəyanatın əsasında qoyulan məntiqdən irəli gəlir”, - o bildirib.
Qeyd edək ki, AB tərəflərə şərti sərhəddə gərginliyi azaltmaq üçün qoşunların çıxarılması təklifi ilə çıxış edib.