Pentaqon: Rusiya ABŞ-ın üstünlük əldə etməsinə mane olur

Pentaqon: Rusiya ABŞ-ın üstünlük əldə etməsinə mane olur
Rusiyanın zenit-raket komplekslərinin mövcudluğu Yaxın Şərqin hava məkanında ABŞ-ın üstünlük əldə etməsinə mane olur.

AzVision.az "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının rəhbəri, general Cozef Votel bildirib. Votel bununla bağlı 45 səhifəlik sənəd hazırlayıb.
Sənədə əsasən, ABŞ üçün ən böyük təhdidlər İran, Rusiya və Çindir. Generalın fikrincə, Rusiya və Çin rəsmi Vaşinqtonun lider mövqelərinə zərbə vura bilər.

"Rusiya zenit-raket komplekslərinin sayının artırılması regionun səma məkanında üstünlük imkanımıza təhdiddir", - deyə sənəddə vurğulanıb.

Miq.az

İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az