Peterburqda polisləri bıçaqlayan azərbaycanlı tutuldu

Peterburqda polisləri bıçaqlayan azərbaycanlı tutuldu
Rusiyanın Sankt-Peterburq şəhərində 59 yaşlı Ayaz adlı azərbaycanlı saxlanılıb. 

Miq.az oxu.az-a istinadən xəbər verir ki, yaşama icazəsi olmadan Peterburqda qalan şəxs "Denis Osipov" studiyasında çalışan stilistə hücum etməkdə şübhəli bilinir. 
Məlumatlara görə, Ayaz qadına hücum edərək, bıçaqla ona xəsarət yetirib, onun qızıl-zinət əşyalarını və mobil telefonunu götürərək, hadisə yerindən uzaqlaşıb. 
Bildirilib ki, aparılan araşdırmalar zamanı onun şəhərin Obuxovskoy Oboronı prospektindəki yiyəsiz avtomobildə yaşadığı aydınlaşıb. 
Azərbaycanlı hadisə yerinə gələn polislərə hücum edib və onlardan ikisinə bıçaq xəsarəti yetirib.

Əməliyyat zamanı Ayaz saxlanılıb və ona qarşı cinayət işi başlanıb. 
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az