Pirallahıda narkotiklə tutulan Ucar sakini 9 il cəza alıb- (FOTO)
Bakı Ağır Cinayətlər Məhkəməsində Ucar rayon sakini Rəşid Şirinovun CM-nin 234.4.3-cü (satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri külli miqdarda əldə etmə və ya saxlama) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Miq.Az-ın məlumatına görə, bu il martın 11-də Pirallahı RPŞ-nın əməkdaşları keçirdikləri əməliyyat nəticəsində Rəşid Şirinovu saxlayıblar. Onun çantalarına baxış zamanı
2 kiloqram 70 qram marixuana və 705 qram heroin aşkar edilib. Dindirilmə vaxtı Şirinov bildirib ki, narkotik vasitələri Pirallahıda, dəniz qırağında daşların arasında tapıb.
Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs 9 il müddətinə azadlıqdan məhrum edilib.
Miq.az