Porno ulduz Trampla keçirdiyi gecəni danışacaq

Porno ulduz Trampla keçirdiyi gecəni danışacaq

ABŞ prezidenti Donald Trampın vəkili Maykl Kohen ötən ay gündəmə gələn və dövlət başçısının birinci xanım Melaniya Trampla evli olduğu vaxt porno ulduz Stormi Danielslə birlik olması iddialarını təsdiqləmişdi. "Prezident Trampı qorumaq üçün Stormi Danielsin susması qarşılığında ona cibimdən 130 min dollar vermişəm" deyə vəkil bildirmişdi.

Qaynarinfo xəbər verir ki, vəkilin bu açıqlamasına porno ulduzdan cavab gəlib. Meneceri Gina Rodriges vasitəsi ilə mətbuatın suallarını cavablandıran Stormi Daniels Trampı təhdid edib. 

Rodriges "Koşenin Danielsə susmaq üçün pul verdiyini söyləməsi müqavilənin pozulması anlamına gəlir. İndi Daniels hər şeyi danışmaqda azaddır. O, baş verənləri danışacaq" deyib.

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az