Poroşenkodan Saakaşvili ilə bağlı - AÇIQLAMA

Poroşenkodan Saakaşvili ilə bağlı - AÇIQLAMA
Ukrayna prezidenti Pyotr Poroşenko Gürcüstanın sabiq prezidenti, Odessa vilayətinin sabiq qubernatoru Mixeil Saakaşvili ilə bağlı məsələyə müdaxilə etməyəcəyini deyib.

Miq.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, P. Poroşenko Litva prezidenti ilə görüşdən sonra keçirdiyi brifinqdə deyib ki, bu məsələyə heç vaxt maraq göstərməyib: "Bu işə qarışan deyiləm. Heç vaxt maraq göstərməmişəm, göstərməyəcəyəm də. Biz obyektiv, ədalətli, qərəzsiz istintaq aparıb, o cür də məhkəmə təmin etməliyik. Bunu mən edə bilərəm və zəmanət də verirəm”.
Qeyd edək ki, M. Saakaşvili Ukraynada dövlət çevrilişinə cəhddə ittiham olunur.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az