Prezidentdən orduya müraciət: "Əlinizdə nə var satın"
"Tək xilas budur"
"Əlinizdə nə var, nə yoxsa satın". İstiPress-in məlumatına görə, bunu İran prezidenti Həsən Ruhani deyib.
İran prezidentinin fikrincə, ölkənin çətin vəziyyətdə olan iqtisadiyyatını xilas etmək üçün ABŞ sanksiyalarının hədəfi olan İnqilab Keşikçiləri və İran Ordusu əlindəki enerji qurumları, ticarətlərini əldən çıxarmalıdır. Ötən gün Tehranda keçirilən mətbuat konfransında çıxış edən Ruhani sadəcə ordunun yox, hökumət rəsmilərinin də ticarəti sonlandırmalı olduğunu deyib.
"Sadəcə Sosial Təhlükəsilik qurumu yox, bütün hökumət sektorları, banklar da holdinqləri satmalıdır. İqtisadiyyatın tək xilası budur".
İranda İnqilab keşikçiləri aid bir çox şirkət var. İranın nüvə enerjisi əldə etmək istəyindən sonra bu ölkəyə ciddi iqtisadi sanksiyalar tədbir edilib. Sanksiyalar 2016-cı ildə altılıq ölkələri ilə imzalanan razılaşmadan sonra yumşalmağa, iqtisadiyyat canlanmağa başlayıb.
İnqilab Keşikçiləri 1980-88-ci illərdəki İran-İraq savaşından sonra hərbi səhaliyyətlərindən kənara çıxaraq iqtisadi fəaliyyətə də başlayıb. 1989cu ildə dövrün prezidenti Əkbər Haşimi Rəfsancani də keşikçilərin əllərindəki imkanlardan ölkənin yenidən inşaası üçün istifadə etməyə çağırmışdı. //İSTİPREES
Miq.az