Prezidentlə baş nazir arasında münasibətlər kəskinləşib
Ermənistan prezidenti Serj Səkisyanla baş nazir Ovik Abramyanın münasibətləri kəskinləşib.
"Report" Ermənistan KİV-inə istinadən xəbər verir ki, buna səbəb kimi hakim Respublikaçılar Partiyası ilə Daşnaksütyun İnqilabi Federasiyası arasında növbəti koalisiya hökumətinin qurulması haqda danışıqlar göstərilir.
İnformasiyaya əsasən, Serj Sərkisyan ədliyyə naziri vəzifəsinə israrla daşnakların üzvü Artsvik Minasyanı təyin etmək istəyir. Ancaq indiki nazir Arpine Ovannisyanı Ovik Abramyan təyin edib. Xəbərdə bildirlib ki, daşnakların üzvünün hökumətdə təmsil olunmaması üçün O.Abramyan əlindən gələni edir.
A.Minasyana qubernator vəzifəsi də təklif edilib. Amma o, özünü bu postda təsəvvür etmədiyinin bildirib.
Məlumata əsasən, keçid mərhələsi kimi A.Minasyanın iqtisadiyyat naziri təyin olunacağı gözlənilir.
Miq.az