Putin 2024-cü ilə kimi əsas hədəfini AÇIQLADI

Putin 2024-cü ilə kimi əsas hədəfini AÇIQLADI
"Daxili çağırış yeni prezident müddətində onun işinin prioritet istiqaməti olacaq”.

Publika.az "RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin bildirib.
Onun sözlərinə görə, əsas vəzifə Rusiya iqtisadiyyatının artmasını təmin etmək və ona innovasiya xarakteri verməkdir. Dövlət başçısı qeyd edib ki, ölkənin müdafiə qabiliyyəti və təhlükəsizliyin təminatı da diqqətdən kənarda qalmayacaq.
Daha əvvəl prezidentin mətbuat katibi Dmitri Peskov qeyd edib ki, Putində ölkənin "aydın və ardıcıl” inkişaf planı var.
Rusiyada prezident seçkiləri martın 18-də keçirilib. İlkin məlumatlara görə, 76,66 faiz səs toplayan Vladimir Putin seçkilərdə qalib gəlib. Yeni Konstitusiyaya əsasən, Putin 2024-cü ilə kimi hakimiyyətdə olacaq.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az