"Putin 5 rayonun Azərbaycana qaytarılmasını mümkün sayır" - ƏRDOĞAN
Rəcəb Tayip Ərdoğan Rusiya, Küveyt və Qətərə rəsmi səfərlərlərindən danışıb.
Moderator.az"star.com.tr”-ə istinadən xəbər verir ki, Türkiyə prezidenti Putinlə görüşdə Dağlıq Qarabağ münaqişəsini müzakirə edildiyini deyib.
"Putinlə Dağlıq Qarabağ münaqişəsini müzakirə etmişik. Rusiyanın Ermənistana təsiri güclüdür. Yeddi rayondan beşi ilə bağlı daha əvvəl qəbul olunan qərar var. Bu qərarların icra olunmasının vacibliyini qeyd etdik. Putin bunun mümkün olduğunu hesab edir, lakin bu məsələyə çox da ümidi yoxdur. Düşünürəm, bu iki tərəf arasındakı münasibətlərlə bağlıdır”.
Miq.az