Putin Amerikanın 9 agentinin siyahısını verdi

Putin Amerikanın 9 agentinin siyahısını verdi
Rusiya Federasiyası Prezidenti Vladimir Putin xarici agent funksiyasını yerinə yetirən xarici KİV-lərin reyestrinin aparılması üzrə səlahiyyətlərin Ədliyyə Nazirliyinə verilməsi haqqında fərman imzalayıb.

Publika.az SİTA agentliyinə istinadən xəbər verir ki, bu haqda hüquqi informasiyanın rəsmi internet-portalında yerləşdirilən xəbərdə deyilir.
Xarici KİV-lər "xarici agent” statusunun verilməsindən sonra hazırda qeyri-kommersiya təşkilatları üçün nəzərdə tutulmuş məhdudiyyətlər və qadağalara məruz qalacaq.
Noyabrın 25-də Rusiya prezidenti xarici KİV-ləri agentlərlə bərabərləşdirməyə icazə verən qanunu imzalayıb. Noyabrın 29-da isə Dövlət Dumasına xarici agent funksiyalarını yerinə yetirən KİV-lərin 5 milyon rubla qədər inzibati cərimə edilməsini nəzərdə tutan qanun layihəsi daxil edilib.
Parlament üzvləri vurğulayırlar ki, qanunvericilik ABŞ-ın Rusiya KİV-i - "Russia Today” (RT) və "Sputnik” telekanalı barəsində hərəkətlərinə cavab olaraq daxil edilir.
Federasiya Şurasındakı mənbənin "Sputnik” agentliyinə verdiyi məlumata görə, "xarici agent” statusunu ABŞ-ın 9 KİV-a alacaq.
Daha əvvəl isə bildirilirdi ki, "xarici agent” statusu "Amerikanın Səsi”, "Radio Azad Avropa/Radio Azadlıq” radiokanallarına, "Əsl vaxt” telekanalına, "Azadlıq Radiosu”nun regional layihələri "Krım. Reallıqlar”, "Sibir. Reallıqlar”, "Qafqaz. Reallıqlar” və "Faktoqraf” daxildir.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az