Putin Baydenin xahişini rədd etdi: “Görüşdə ondan istədi ki…”

Putin Baydenin xahişini rədd etdi: “Görüşdə ondan istədi ki…”

ABŞ Prezidenti Co Bayden rusiyalı həmkarı Vladimir Putinlə görüşündə ondan Dövlət Departamentinin maliyyələşdirdiyi "Azadlıq” radiosunun fəaliyyətinə Rusiya Ədliyyə Nazirliyi tərəfindən qoyulan qadağanı ləğv etməsini istəyib.

Miq.Az xəbər verir ki, bu barədə Rusiya xarici işlər naziri Sergey Lavrov açıqlama verib.

Lavrov buna bənzər qanununun ABŞ-da çoxdan mövcud olduğunu və Rusiya mediasına qarşı fəal şəkildə istifadə olunduğunu deyib.

"Rusiya dövləti sadəcə güzgü effekti nümayiş etdirdi və Amerika ilə eyni şəkildə davrandı”, - nazir deyib.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az