Putin neftin ucuzlaşmasından danışdı

Putin neftin ucuzlaşmasından danışdı
Dünya bazarında neftin ucuzlaşmasının səbəbi onun həddindən artıq istehsalı və Çində müşahidə olunan iqtisadi artım tempinin azalmasıdır.
 
RİA Novosti agentliyinə istinadən verilən məlumata görə, bunu Rusiya prezidenti Vladimir Putin "Ümumrusiya xalq cəbhəsi”nin regionlararası forumunda çıxış edərkən bəyan edib.
 
"Çin bizim dostumuz və tərəfdaşımızdır. Lakin son zamanlar bu ölkə ciddi iqtisadi  problemlərlə üzləşib”, deyə V.Putin bildirib.
 
Onun sözlərinə görə, dünya iqtisadiyyatının həcmi azalmaqda davam edir: "Bu gün yaşanan çətinliklərin səbəblərindən biri neftin həddən artıq istehsal edilməsidir”. 

Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az