Rusiya prezidenti Vladimir Putin, Almaniya kansleri Angela Merkel və Fransa prezidenti Fransua Olland bir araya gəlib.
“Qafqazinfo” Anadolu Agentliyinə istinadən xəbər verir ki, bu barədə məlumatı Kremlin mətbuat xidməti yayıb.
Görüş zamanı Ukraynanın şərqində gedən proseslərdəki son vəziyyət, Minsk razılaşmasının icrası və sabah Parisdə keçiriləcək “Normandiya kvarteti” (Rusiya, Almaniya, Fransa, Ukrayna) Xarici İşlər Nazirləri Yığıncağı müzakirə edilib.
Tədbirdə Putin atəşkəs pozuntularının sona çatması, konstitusiya reformla əlaqədar problemlərin həll edilməsi və bölgədəki sosial-iqtisadi vəziyyətin yaxşılaşdırılması məsələlərinə toxunub.
Liderlər bundan sonra da bu tipli görüşlərin davam edəcəyi haqda qərar qəbul ediblər.
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL