Qarabağ savaşı: Almaniya hərəkətə keçdi – Xarici nəşrdən şok iddia

Qarabağ savaşı: Almaniya hərəkətə keçdi – Xarici nəşrdən şok iddia

Türkiyə pilotsuz uçan aparatlarının (PUA) Azərbaycandakı uğurları Almaniya ordusunu hərəkətə keçməyə məcbur edib.

Miq.Az xəbər verir ki, bu barədə Almaniyada nəşr olunan "Frankfurt Allgemeine Zeitung” qəzetində dərc edilmiş məqalədə bildirilib.

Nəşrin məlumatına görə, Müdafiə Nazirliyi alman ordusunun hava hücumundan müdafiə sistemlərinin PUA-ların qarşısını almaq üçün yetərli olmadığını etiraf edib.

Müdafiə naziri Anneqret Kramp-Karrenbauerin bu problemi aradan qaldırmaq üçün hava hücumundan müdafiə sistemlərinin bütöv şəkildə yenidən qurulması üçün bəzi təkliflər hazırladığı deyilib.

"İndi dron hücumları təhlükəsi səbəbindən təcili olaraq hava hücumundan müdafiə sistemi dəyişdirməlidir. Silahlı qüvvələr mükəmməl vəziyyətdə deyil. Ancaq alman ordusunun dron hücumlarına qarşı demək olar ki, zəif olduğunu etiraf etmələri əsl sürprizdir”, - məqalədə qeyd olunub.

Alman nəşri bildirib ki, Azərbaycan ordusu müharibədə İsrail və Türkiyə tərəfindən istehsal olunan PUA-larla Ermənistanın 190-dan çox tank və zirehli texnikasını məhv edib: "Bu hücumların qarşısında müdafiəsiz olduqları üçün ermənilərin bütün psixologiyaları pozuldu”.
Almaniya Müdafiə Nazirliyinin hazırda müdafiə sistemlərini gücləndirmək üçün 13 milyard avroluq büdcə ayırdığı deyilib.(teleqraf.com)

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az