Qarabağda döyüşən “Qazaxlı Alik” iki qardaşı bıçaqladı

Qarabağda döyüşən “Qazaxlı Alik” iki qardaşı bıçaqladı

Tanınmış Qarabağ döyüşçüsü adam bıçaqlayıb.

Ağstafa rayon Polis Şöbəsindən verilən məlumata görə, hadisə rayonun Dağ Kəsəmən kəndində qeydə alınıb. Kənd sakini Alik Muradov aralarında yaranmış mübahisə zəminində həmyerliləri, Sərdar Əliyevi və onun qardaşı Babək Əliyevi bıçaqlayıb. Yaralılar xəstəxanaya yerləşdiriliblər.

Hadisəni törədən A. Muradov saxlanılıb.

Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir.

Qeyd edək ki, hadisəni törədən Alik Muradov Qarabağ müharibəsinin iştirakçısıdır. O, "Qazaxlı Alik” ləqəbi ilə məşhurdur.

Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az