Qayınına tüfənglə xəsarət yetirən Binəqədi sakini 10 il cəza aldı - FOTO

Qayınına tüfənglə xəsarət yetirən Binəqədi sakini 10 il cəza aldı - FOTO
Bakı Ağır Cinayətlər Məhkəməsində Mehman Fəsədovun (1976-cı il təv.) CM-nin 29,120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

Miq.az xəbər verir ki, bu il yanvarın 9-da Biləcəri qəsəbəsində Mehman Fəsədov qayını, Abşeron rayon sakini Elnar Canatovun (1985-ci il təv.) tikinti bazarında işlədiyi mağazanın qarşısına gələrək, münaqişə zəminində tüfəngdən ona atəş açıb. Sonuncuya sifət nahiyəsindən xəsarət yetirdikdən sonra, Fəsədov hadisə yerini tərk edib. Zərəçəkən xəstəxanaya yerləşdirilib və üzərində cərrahi əməliyyat aparılmaqla, həyatı xilas edilib.

Binəqədi RPİ 6-cı polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində M.Fəsədov tutulub, ondan "İJ-58" markalı tüfəng və 5 ədəd patron götürülüb. İş üzrə dindirilən Mehman Fəsədov təxminən 2 həftə əvvəl ailəsində münaqişə yarandığını və qayınıgilin arvadı ilə övladlarını apardığını bildirib :"Məni polisə veriblər, lakin sonra ağsaqqalar yığışaraq, bizi barışdırıblar. 3 gündən sonra işdən evə gələrkən gördüm ki, ailəm yenə yoxdur". Hadisə günü əvvəl böyük qayını ilə görüşüb, amma razılığa gələ bilməyiblər. Sonra kiçik qayını Elnara zən edib və sonra onun işlədiyi bazara gedib. Canatov üstünə gələrkən qaranlığda 1 dəfə atəş açıb, amma hansı nahiyyəsinə deydiyini bilməyib. Cəmi bir patronu olub.

Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs 10 il müddətinə azadlıqdan məhrum olunub.

 
 
 
 
 

 

Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az