Qaynının qulağını dişi ilə qopardı - SABİRABADDA DƏHŞƏT

Qaynının qulağını dişi ilə qopardı - SABİRABADDA DƏHŞƏT
Sabirabad rayon sakini qaynının qulağını dişləyərək qoparıb.

Hadisə Sabirabad royonunun Moranlı kəndində baş verib. Həmin kəndin sakini, 1986-cı il təvəllüdlü Mirzəyev Camal Mirzağa oğlu qaynı - 1987-ci il təvəllüdlü Mirəliyev Xəqani Ağadadaş oğlunun qulağını dişi ilə qoparıb.
Münaqişəyə səbəb Xəqani Mirəliyevin kürəkəninin qardaşı 1989-cı il təvəllüdlü Mirzəyev Cavad Mirzağa oğlunu döyməsi olub.
X.Mirəliyev qulaq seyvanının tam travmatik amputasiyası diaqnozu ilə əvvəlcə Salyan rayon xəstəxanasına, daha sonra Bakıda fəaliyyət göstərən xəstəxanalarından birinə çatdırılıb.
Faktla bağlı Sabirabad polis şöbəsində araşdırma aparılır. (apa)
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az