Qənirə Paşayeva qədim Göynükdə Qarabağ həqiqətlərindən danışıb
Azərbaycanın
umummimilli lideri Heydər Əliyevin dediyi kimi Azərbaycan və Türkiyə
bir millət, iki dövlətdir deyən millət vəkili Qənirə Paşayeva Göynük
bələdiyyə başqanı Kamal Kazanla gorüş zamanı Azərbaycan ilə
Türkiyənin bəzi şəhərlərinin və bələdiyyələrinin qardaş şəhərlər və
bələdiyyələr olduğunu bildirərək, Akşemseddin başda olmaqla bir çox
tarixi şəxsiyyətlərimizə qucaq açmış qədim Göynüklə Azərbaycan
bölgələrindən biri ilə qardaş olaraq görmək istədiklərini bildirib.
Göynükdə uzun illər əvvəl Azərbaycandan köçüb gəlmiş insanların da
yaşadığını deyən Göynük bələdiyyə başqanı Kamal Kazan Şəkidə eyni adlı
bölgə ilə Baş Göynüklə qardaşlaşmaq istədiklərini bildirib və millət
vəkili Qənirə Paşayevanın da bu məsələdə dəstək verəcəyinə inandığını
deyib. Millət vəkili Qənirə Paşayeva bələdiyyə başqanı ilə Dağlıq
Qarabağ problemi, Xocalı Soyqırımı, qondarma erməni soyqırımı ilə bağlı
da fikir mübadiləsi aparıb və yaxın zamanlarda Göynükün mərkəzi
parklarından birinə Qarabağ adının veriləcəyinə, Xocalı Soyqırımı
abidəsinin qoyulacağına, mərkəzi küçələrdən birinə Azərbaycan adının
veriləcəyinə inandığını deyib və Göynük bələdiyyəsi tərəfindən bu cür
addımın atılmasının böyük əhəmiyyətindən, vacibliyindən danışıb. Millət
vəkili Qənirə Paşayeva bir neçə gün əvvəl Şəmdinlidə terrorçular
tərəfindən şəhid edilən Göynük sakini Uzman Çavuş Ziya Sarpkaya da daxil
olmaqla bütün şəhidlərimizi rəhmətlə anırıq deyib. Millət vəkili
bələdiyyə başqanına Azərbaycanla bağlı, Azərbaycan-Türkiyə
münasibətlərinin bu günkü surətli inkişafı ilə bağlı geniş məlumatlar
verib və fikir mübadiləsi aparılıb. Azərbaycanı sevdiyini deyən Göynük
bələdiyyə başqanı Kamal Kazan Türkiyənin və Azərbaycanın bir millət
iki dövlət olduğunu vurğulayaraq Göynük bələdiyyəsinə rəhbərliyi
dövründə Azərbaycanla bütün istiqamətlərdə əməkdaşlığın inkişafına
xüsusi önəm və diqqət edəcəyini deyərək qardaş bələdiyyələr məsələsi ilə
də bağlı addımlar atılacağını deyib. Qarabağ problemi, Xocalı ağrısı
hər zaman bizim də problemimiz və ağrımızdır deyən Göynük bələdiyyə
başqanı Kamal Kazan hər zaman qardaş Azərbaycanın yanındayıq deyib və
millət vəkili Qənirə Paşayevanın Göynükdə Qarabağ adını daşıyan
parkın, Azərbaycan adına küçənin verilməsi təklifini müsbət
qiymətləndirdiyini deyərək yaxın zamanlarda bu təklifin reallaşacağını
deyib. Bələdiyyə başqanına müəllifi olduğu "Qənirə Paşayeva ilə
addım-addım Türk dünyası” kitabını təqdim edən Qınirə Paşayeva kitabın
yaxın günlərdə oxucuların ixtiyarına veriləcək 2-ci hissəsində qədim
Göynükün də xüsusi yer tutduğunu deyərək Azərbaycan insanına Göynükü
daha da geniş tanıdacaq bu hədiyyə mənim bu qədim bölgəmizə sevgimi də
göstərəcək deyib. Millət vəkili Göynük bələdiyyəsi başqanı Kamal
Kazanı və xanımını Azərbaycanda görməkdən məmnun olacaqlarını
bildirərək onları ölkəmizə dəvət edib. Dəvəti məmnuniyyətlə qəbul edən
Göynük bələdiyyə başqanı Kamal Kazan Azərbaycana məmuniyyətlə səfər
etmək və əməkdaşlığı daha da genişləndirmək istədiklərini deyib.
Görüşün sonunda millət vəkili Qənirə Paşayeva Göynük bələdiyyə
başqanına həmmüəllifi olduğu "Hocalı soykırımı tanıkların dilindən”,
"Karabağ hikayeleri” kitablarını , rəhbərlik etdiyi Avrasiya Beynəlxalq
Araşdırmalar İnstitutu İB tərəfindən hazırlanan "Azərbaycan həqiqətləri”
filmləri kataloqunu, Azərbaycan tarixi, mədəniyyəti, Qarabağ
həqiqətlərini özündəəks etdirən kitablar, filmlər hədiyyə edib. Millət
vəkili Göynükə səfəri çərçivəsində bğlgənin ziyalıları, qeyri-hökumət
təşkilatları, fəal xanımları ilə də görüşərək geniş fikir mübadiləsi
aparıb. Millət vəkili Göynük ziyarəti zamanı iyul ayının sonunda
Şemdinlide 29 iyulda terrorçular tərəfindən şəhid edilən əslən Göynüklü
Uzman Çavuş Ziya Sarpkayanın ailəsini də ziyarət edib, başsağlığı verib,
Allahdan şəhidə rəhmət, ailəsinə böyük səbr diləyib. Terroru hamımız
birlikdə lənətləyirik deyən millət vəkili Qənirə Paşayeva inşallah bu
cinayətləri törədənlər, gənc insanların xəyallarını yarıda, analarını,
övladlarını, ailələrini gözüyaşlı qoyanlar layiq olduqları cəzaları
alacaqlar deyib.