"Qüdslə bağlı vədimi yerinə yetirdim" - Tramp

"Qüdsü İsrailin paytaxtı kimi tanıyıb, ABŞ səfirliyinin Tel Avivdən Yerusəlimə köçürülməsinə dair qərarımla öz vədimi yerinə yetirdim”.
 
APA-nın xəbərinə görə, bunu ABŞ prezidenti Donald Tramp şəxsi "Twitter” səhifəsində yazıb. O, özünü ABŞ-ın sabiq dövlət başçıları ilə müqayisə edərək deyib ki, onlardan fərqli olaraq, ABŞ səfirliyinin Yerusəlimə köçürülməsinə dair vədini yerinə yetirib.
 
Tramp "tvit"inin altında ABŞ-ın sabiq prezidentləri Bill Klinton, Corc Buş və Barak Obamanın Yerusəlimə dair çıxışları olan video da yerləşdirib.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az