“Sosial şəbəkələrdə mənim adımdan istifadə edilərək, açılan saxta profillərin kimlər tərəfindən yaradılmasının araşdırılması üçün müxtəlif instansiyalar iş aparır”.
Vətəninfo.az Modern.az-a istinadla xəbər verir ki, bunu hakim Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov deyib.
YAP funksioneri Facebook sosial şəbəkəsində onun adına açılan saxta hesablarla bağlı danışarkən bildirib ki, bu, artıq kütləvi hal alıb. Deputat bunun qəsdən təşkil edildiyini və eyni mərkəzdən idarə olunduğunu düşünür:
“Ümumiyyətlə, ayrı-ayrı dövlət adamlarının adına yalançı profillər yaradılır. Bütün bunlar eyni mərkəzdən idarə olunur. Məsələnin araşdırılması, saxtakarların üzə çıxarılması istiqamətində iş gedir. Amma onu da nəzərə alaq ki, Facebook-un mərkəzi xaricdə olduğundan müəyyən çətinliklər var”.
Siyavuş Novruzovun sözlərinə görə xaricdəki təxribatçı qrupların Azərbaycandakı xüsusi nümayəndələri də sosial şəbəkələrdə saxta profillər yaratmaqla məşğuldurlar.
Qeyd edək ki, Facebook-da Siyavuş Novruzovun adına bir neçə hesab açılıb.
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL