"İşğal olunmuş torpaqlarda bütün binalar dağıdılıb, erməni vəhşiləri məscidlərimizi də dağıdıb, yerlə yeksan ediblər"
“Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həll olunmaması region üçün ən böyük təhlükə mənbəyidir”.
Vətəninfo.az APA-ya istinadla xəbər verir ki, bunu bu gün Azərbaycan prezident İlham Əliyev müqəddəs Ramazan ayı münasibətilə müsəlman ölkələrinin Azərbaycandakı səfirləri ilə görüşündə deyib.
Dövlət başçısı bildirib ki, Ermənistan tərəfindən Azərbaycanın ərazi bütövlüyü pozulub, 1 milyondan çox azərbaycanlı öz doğma torpağında qaçqın və məcburi köçkün vəziyyətinə düşüb: “Xalqımıza qarşı Xocalı soyqırımı törədilib. İşğal olunmuş torpaqlarda bütün binalar dağıdılıb. Erməni vəhşiləri məscidlərimizi də dağıdıb, yerlə yeksan ediblər. Amma biz o torpaqlara qayıdandan sonra bütün tarixi, dini abidələrimizi bərpa edəcəyik”.
Prezident İlham Əliyev bildirib ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi beynəlxalq hüquq normaları çərçivəsində, BMT Təhlükəsizlik Şurasının qətnamələri əsasında həllini tapmalıdır: “Ermənistan isə beynəlxalq hüquq normalarını açıq şəkildə pozur və BMT Təhlükəsizlik Şurasının qətnamələrini icra etmir. Ancaq haqq-ədalət, o cümlədən tarixi ədalət və beynəlxalq hüquq bizim mövqeyimizi dəstəkləyir. Ədalət öz yerini tapacaq, Azərbaycan ərazi bütövlüyünü bərpa edəcək”.
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL