ABŞ müdafiə naziri bəyan edib ki, Rusiya təsəvvür oluna biləcək gələcəkdə öz xarici siyasət kursunu dəyişməyəcək.
Ona görə də NATO bloku hətta Putinin prezidentliyinin başa çatmasından sonra Moskva ilə qarşıdurmaya hazırdır. Pentaqon rəhbəri Eşton Karterin bildirdiyinə görə ABŞ və onun müttəfiqlərinin Rusiya ilə qarşıdurmasının Vladimir Putinin öz postundan getməsindən sonra da davam edəcəyi aydındır. “Rusiya nə Vladimir Putinin rəhbərliyi altında, nə ondan sonra dəyişə bilməz. Mən dəyişikliklər dedikdə bu gözləntiləri nəzərdə tuturam”-Eşton Karter bildirib.
Ötən həftə Putin Rusiyanın nüvə arsenalına istənilən raketdən müdafiə sistemini dəf edə bilən 40 yeni qitələrarası ballistik raketin əlavə olunduğunu açıqlayıb. Rusiya prezidenti bunu NATO-nun ölkə sərhədlərinə doğru yeni qüvvələr yerləşdirməsi ilə izah edib. NATO müdafiə nazirləri isə Rusiyanın nüvə təhdidinə qarşı planın müzakirəsinə başlayıb. Rusiya ilə ABŞ arasındakı münasibətlər tamamilə soyuq müharibə dövrünü xatırladır, hətta ondan daha betərdir. Çünki qərbdə deyirlər ki, heç SSRİ indiki Rusiya kimi nüvə silahı ilə açıq-aşkar hədələmirdi. Virtualaz.org
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL