İyunun 23-də Azərbaycan-Ermənistan dövlət sərhədinin Qazax rayonu sahəsində qoşunların təmas xəttində, dağ-meşə şəraitində yolu azan müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kiçik çavuş Musayev Musa Sabir oğlunun ailəsi rayon rəhbərliyinin münasibətindən narazıdır.
Qeyd edək ki, M.Musayevdən başqa digər kiçik çavuş Yolçuyev Tural Sahib oğlunun axtarışları Beynəlxalq Qızıl Xaç Komitəsinin vasitəçiliyi ilə həyata keçirilib. Hər iki hərbi qullquçumuzun meyiti qarşı tərəfdə minalanmış sahədə aşkar edilib. Görülən tədbirlər nəticəsində cəsədlər ərazidən çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.
M.Musayevin əmisi Qabil Musayev Ölkə.Az-a bildirib ki,Qazax rayonunun rəhbər şəxslərindən heç kim qardaşı oğlunun dəfn mərasiminə gəlməyib:
"Musayla eyni gündə Ağstafadan da bir nəfər şəhidimiz vardı. Bu gün o şəhidin ailəsinə də başsağlığı verməyə getmişdim. Dedilər ki, rayon rəhbərliyi, polis, prokurorluq, hərbi komissarlığın rəhbər işçiləri gəliblərmiş. Amma Qazax rayon rəhbərliyindən heç kim gəlməmişdi. Yalnız hərbçi yoldaşları bizi tək buraxmadı.hərbçilərdən savayı heç kim gəlib maraqlanmadı. Bizim heç bir umacağımız yoxdur. İstədiyimiz diqqətdir. Heç bir şeyə ehtiyacımı yoxdur".
Qeyd edək ki, Qazax rayonunun icra başçısı Ayaz Əsgərovdur.
Ölkə.az
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL