“Qurani-Kərim”i yandıran şəxs həbs olundu

“Qurani-Kərim”i yandıran şəxs həbs olundu
Danimarkanın tanınmış prokuroru Jan Reckendorff 2015-ci ildə evinin bağçasında "Qurani-Kərim” kitabını yandıraraq, videosunu çəkib sosial şəbəkələrdə yayan 42 yaşlı şəxsin həbs olunması barədə qərar çıxarıb.
Publika.az xarici mediaya istinadən xəbər verir ki, sözügedən şəxs dini təhqir etməkdə təqsirli bilinir.
Prokuror Jan Reckendorff deyib ki, hüquqda "İncil” və "Qurani-Kərim” kitabları müqəddəs olduğu üçün onların təhqir edilməsi yolverilməzdir.
Onun sözlərinə görə, "Qurani-Kərim” kitabını yandıran şəxsə 4 aya qədər həbs və ya pul cəzası kəsilə bilər.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az