Qusarda yanğın - Bazar külə döndü
FHN Qusar şəhərində mərkəzi bazarın ərazisində baş verən yanğın hadisəsi ilə məlumat yayıb.
Miq.az xəbər verir ki, məlumatda mərkəzi bazarın ərazisində ümumi sahəsi 500 m² olan geyim mağazalarının dam örtüyünün, satış piştaxtalarının yanar konstruksiyalarının və malların 200 m² sahədə, ona bitişik hər birinin sahəsi 20 m² olan 2 geyim mağazasının yanar konstruksiyalarının, içərisindəki malların yandığı bildirilir.
Bazarın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 17:50-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
Miq.az