“Reina” qatili 4 dil bilirmiş

“Reina” qatili 4 dil bilirmiş
"Yaxalanmış terrorçu Yeni il gecəsi "Reina” gecə klubunda cinayət törətdiyini etiraf edib. Barmaq izləri uyğun gəlir. Cinayətkar 1983-cü il təvəllüdlü Özbəkistan vətəndaşı Abdulqadir Maşaripovdur”.

Unikal.org Anadolu agentliyinə istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında İstanbul valisi Vasip Şahin deyib.

V. Şahin bildirib ki, terrorçu Abdulqadir Maşaripov Türkiyəyə sərhədinə qanunsuz daxil olub: "O, Əfqanıstanda təlim keçib, 4 dil bilir. Bu terror aktını İŞİD adına həyata keçirib”.

Terrorçuda 197 min dollar pul, tapança, SİM kartlar, eləcə də dron aşkarlanıb.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az